Qarabağ Universiteti “Təhsil elmləri”, “Riyaziyyat”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat (dillər üzrə)” və “İngilis dili” istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.
AzEdu.az xəbər verir ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Riyaziyyat istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: //bit.ly/42GB85D
Müraciət üçün son tarix: 16 may 2025-ci il