Azedu.az

Çinli uşaqlar İlham Əliyev Azərbaycan mahnısı ilə qarşıladılar - VİDEO

Xəbərlər

23 Aprel 2025, 10:25
Çinli uşaqlar İlham Əliyev Azərbaycan mahnısı ilə qarşıladılar - VİDEO

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev fəxri qarovul dəstəsinin önündən keçəndən sonra dövlət başçılarını çinli uşaqlar qarşılayıblar.

AzEdu.az-ın məlumatına görə, dövlət başçılarını qarşılayan çinli uşaqlar Azərbaycan musiqisi fonunda rəqs ediblər. Həmin musiqi bəstəkar Elza İbrahimovanın 1975-ci ildə Aslan Abdullayevin sözlərinə yazdığı “Ey Vətən” mahnısı olub.

Qeyd edək ki, bu mahnının ən məşhur ifaçısı dünya şöhrətli müğənni Rəşhid Behbudov olub. Mahnını Xalq artisti Flora Kərimova və digər sənətkarlar da ifa edib.
 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox