Azedu.az

“Young Learners”kvalifikasiya imtahanlarına QEYDİYYAT

23 Aprel 2025, 09:30
“Young Learners”kvalifikasiya imtahanlarına QEYDİYYAT

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

Bildirilib ki, imtahan 28 iyun 2025-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 13 may 2025-ci ildir.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi)  imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox