AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
23 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür:
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 qprel Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
23 aprel 1992-ci ildə Azərbaycan Ali Attestasiya Komissiyası yaradıldı:
Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas üzrə hər il 70-dək doktorluq və namizədlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə, Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.
23 aprel 1920-ci ildə Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü elan edilib:
Bayram Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də keçirilmiş ilk iclasından sonra ənənəvi olaraq qeyd edilməyə başlanıb. Vaxtilə “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Mustafa Kamal Atatürk bu bayrama müstəsna əhəmiyyət verib. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb.
23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı terror törədiblər:
10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.
23 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bütün ərazisini işğal etmək üçün XI orduya 490 saylı direktivə əlavə olaraq son vəzifə tapşırıldı.