Azedu.az

“Tarixdə bu gün” - Beynəlxalq Yer Günüdür

Xəbərlər

22 Aprel 2025, 08:53
“Tarixdə bu gün” - Beynəlxalq Yer Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

22 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

22 aprel Beynəlxalq Yer Günüdür:

 

22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Baş Assambleyasının 63-cü sessiyasının sədri Migel d'Eskoto Brokman bildirmişdir ki, bu Beynəlxalq günün qətnamədə yer alması Yerin və onun ekosisteminin bizim evimiz olmasının, insanlığa həyat verməsinin təzahürüdür.

 

Qətnamədə həmçinin bildirilir ki, “Ana-Yer” termini bir çox ölkələrdə qəbul olmuşdur və insan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-in bütün üzv ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına “Beynəlxalq Ana-Yer kürəsi Günü”-nü qeyd etməyi tövsiyə edən Baş Assambleya, bu bayramın artıq hər il bir çox ölkələrdə qeyd olunduğunu diqqətə çatdırır. Şimal yarımkürədə Yer Kürəsi günü yazda, Cənub yarımkürədə isə payızsa qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın Yerin problemlərinə, onun ətraf mühitinin problemlərinə diqqəti cəlb etməkdir.

 

22 aprel 1912-ci ildə SSRİ Kommunist Partiyasının rəsmi mətbuat orqanı “Pravda” qəzetinin ilk sayı dərc edildi.

 

22 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası  yaradılıb:

 

Fedarasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşdirirdi. Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunurdu. Lakin Qafqaz respublikasının ömrü az oldu. Mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğradı.

 

22 aprel 1994-cü ildə Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr qurulub:

 

Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalayıb.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox