Azərbaycan Respublikası Təhsil Nazirliyi İsveçdə magistratura pilləsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı elan edib.
AzEdu.az xəbər verir ki, proqrama 7 ölkədən 65 yer ayrılıb. Tələbələrin yaşayış, yol, sığorta xərcləri və təhsil haqqı dövlət tərəfindən qarşılanacaq.
Son müraciət tarixi 2019-cu ilin yanvarın 15-ə qədərdir.
Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.
//si.se/en/apply/scholarships/visby-programme-masters/
Proqramla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlamaq mümkündür.
Rəvan Süleymanov (0125991155 dax. 5231)
Günəş Övsətova (0125991155 dax. 5265)