Azedu.az

Rektordan təklif: Yeni institut yaradılsın

Universitetlər

Müəllimlər və elm adamları

21 Aprel 2025, 12:31
Rektordan təklif: Yeni institut yaradılsın

"Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılması təklif olunub".

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.

O bildirib ki, tədqiqat institutunun mərkəzi Bakı ola bilər:

"Həmçinin Türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu hətta ortaq universitetlərdən də vacibdir.

Bununla bərabər, düşünürəm ki, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox