Azedu.az

Lənkəranda “Peşə sərgisi” keçiriləcək

Region təhsili

Lənkəran-Astara Regional Təhsil İdarəsi

21 Aprel 2025, 11:34
Lənkəranda “Peşə sərgisi” keçiriləcək

Lənkəranda ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərinin “Peşə sərgisi” baş tutacaq.

AzEdu.az xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Sərgidə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan və müxtəlif peşələrə yiyələnən yeniyetmələr il ərzində hazırladıqları əl işlərini nümayiş etdirəcəklər.

Sərgi aprelin 30-da Heydər Əliyev Xatirə Parkında baş tutacaq.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox