Azedu.az

“Tarixdə bu gün” - Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

Xəbərlər

21 Aprel 2025, 09:17
“Tarixdə bu gün” - Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

21 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür:

 

2002-ci ildə bu tarix dünyanın 50-dən artıq ölkəsində qeyd olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası isə 2017-ci ilin aprelində Davamlı inkişaf haqqında proqramda qarşıya qoyulan vəzifələrin gerçəkləşməsində insan fəaliyyətinin müxtəlif sahələrində yaradıcılıq və innovasiyaların imkanlarını vurğulayaraq hər il 21 aprel tarixində qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Gününü (World Creativity and Innovation Day) təsis edib.İnsan fəaliyyətinin müxtəlif sahələrində yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq tərəfindən təsis edilib.

 

Əlamətdar tarixin təşəbbüskarları və fəalları onu 22 Aprel - Yer Günü və 15 apreldə dünyaya gələn dahi alim, mütəfəkkir, ixtiraçı və rəssam Leonardo da Vinçi ilə əlaqələndirirlər. Birinci halda ümumi evimiz olan Yer kürəsinin qorunması və quruculuq işlərində yaradıcılıq və innovasiyaların imkanları ilə bağlayır, ikincidə isə dahi ixtiraçının elmin və yaradıcı proseslərin inkişafına töhfələrinə əsaslanır.

 

21 apreı e.ə. 573-cü ildə Romanın əsası qoyulub:

 

İtaliya alimi və yazıçısı Varro Reatinusun hesablamalarına görə, e.ə. 573-cü ilin 21 aprelində Romulus və Remus tərəfindən Roma şəhərinin əsası qoyulub.

 

21 aprel 1915-ci ildə Bakıda “Babayi-Əmir” həftəlik satirik jurnalın ilk nömrəsi çapdan çıxdı:

 

65 nömrəsi işıq üzü görən jurnalda dövrün ədiblərindən Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliağa Vahid və başqa ziyalılar çıxış edirdilər.

 

21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub.

 

21 aprel 1921-ci ildə məşhur Azərbaycan sahibkarı, neft səneyiçisi və ictimai xadimi Şəmsi Əsədullayevin xatirə günüdür:

 

O,1913-cü ilin bu günü Bakıda 72 yaşında dünyasını dəyişib. Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri olan Əsədullayev xeyriyyəçiliklə də məşğul olub, “Nəşri-maarif” cəmiyyətinin fəal üzvü kimi tanınıb. 1903-cü ildə Bakı milyonçusu Moskvaya köçüb, Sankt-Peterburq və Moskvanın bir neçə yerində mülk tikdirib, yoxsul uşaqlar üçün məktəb açdırıb. Şəmsi Əsədullayev Nijni-Novqorodda keçirilən I Ümumrusiya Müsəlmanları Qurultayında iştirak edib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox