Astraxan vilayətində yerləşən özəl bir evdə baş verən yanğın nəticəsində beş uşaq həyatını itirib.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, əvvəlcə 4 uşağın öldüyü qeyd edilirdi.
Sonuncu məlumata görə, hadisə dünən gecə Kirovski rayonunun Olxovskaya küçəsində qeydə alınıb. Yanğın söndürüldükdən sonra evdə beş uşağın cəsədi tapılıb.
İlkin məlumatlara görə, dörd uşaq ev sahibəsinin övladları olub. Yanğından sağ çıxan bir qız da ev sahibəsinin qızı olub və xəsarət almayıb. Beşinci uşaq isə evdə qonaq olan tanışının övladı olub.
11:18
Rusiyanın Çelyabinsk vilayətinin Vasilovka qəsəbəsində baş vermiş yanğın nəticəsində dörd uşağın həyatını itirməsi ilə bağlı cinayət işi açılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə zamanı 12 yaşlı bir qız və üç oğlan uşağı – biri 7, ikisi isə 5 yaşında – evdə tək olublar. Yanğın nəticəsində uşaqların hamısı həlak olub. Hazırda müstəntiqlər və kriminalistlər hadisənin başvermə şəraiti və səbəblərini araşdırırlar.
İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) üzrə cinayət işi açıb. Bu maddə ehtiyatsızlıqdan baş verən ölüm halları üçün nəzərdə tutulub və ciddi hüquqi məsuliyyət daşıyır.