Azedu.az

2 yaşlı uşağı qaçıran şəxs SAXLANILDI

Xəbərlər

20 Aprel 2025, 08:53
2 yaşlı uşağı qaçıran şəxs SAXLANILDI

Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.

AzEdu.az xəbər verir ki, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.

Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox