Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.
AzEdu.az "Unikal"a istinadla verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib.
Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.