Azedu.az

Uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb

Xəbərlər

19 Aprel 2025, 13:48
Uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb

Qazaxıstanın şimalındakı Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb.

AzEdu.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, qəza aprelin 18-də Astana-Yereymentau-Şidertı avtomobil yolunda “Mercedes” markalı mikroavtobusun iştirakı ilə baş verib. Qəza nəticəsində məşqçi hadisə yerində ölüb, uşaqlar isə tibb müəssisəsinə çatdırılıb, onlar həkimlərin nəzarətindədirlər.

Polisin verdiyi məlumata görə, mikroavtobus sürücünün yük maşını keçmək istədiyi məqamda aşıb. Qəza zamanı avtobusda 14-16 yaş arası 16 uşaq və 1 məşqçi olub.

Komanda yarış üçün Pavlodardan Astanaya gedirdi.

Polisdən bildirilib ki, uşaqları yarışa göndərən özəl idman məktəbinin rəhbərliyi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, ona görə də patrul müşayiəti təmin edilməyib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox