Azedu.az

Xaçmazda bataqlığa düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Xəbərlər

19 Aprel 2025, 09:40
Xaçmazda bataqlığa düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.

O at belində mal-qara axtararkən bataqlığa düşüb.

Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.

Su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.

 

 

08:36

Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Elçin Elman oğlu Bağırov bataqlığa düşüb.

AzEdu.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.

Hadisə şahidlərinin dediyinə görə, at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox