Azedu.az

Ən çox bu universitetlərin məzunları “Yüksəliş”də iştirak edirlər

18 Aprel 2025, 12:42
Ən çox bu universitetlərin məzunları “Yüksəliş”də iştirak edirlər

Beşinci “Yüksəliş” müsabiqəsində iştirak edən namizədlərin ali təhsil aldıqları universitetlərlə bağlı statistika açıqlanıb.

AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu məlumatı  gənclər və idman nazirinin müavini, "Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün gün mətbuat üçün keçirilən brifinqdə səsləndirib 

O bildirib ki, bu il müsabiqədə ən çox iştirakçı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunları və tələbələri arasından olub. Belə ki, ümumilikdə 3 347 nəfər UNEC-i təmsil edir.

İkinci pillədə 2 800 nəfərlə Bakı Dövlət Universiteti qərarlaşıb. Daha sonra 1 453 nəfərlə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti gəlir.

Dördüncü yerdə 902 nəfərlə Azərbaycan Dövlət Pedaqoji Universiteti, beşinci yerdə isə 755 nəfərlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yer alıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox