Azedu.az

“Tarixdə bu gün” - 18 aprel...

Xəbərlər

18 Aprel 2025, 09:13
“Tarixdə bu gün” - 18 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

18 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür:

 

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

 

18 aprel müasir fizikanın banisi, dünyanın ən məşhur və dahi alimlərindən olan Albert Eynşteynin xatirə günüdür:

 

Almaniyada doğulan Albert 1914-1933-cü illərdə Berlində Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Faşistlər hakimiyyətə gələndən sonra təqiblərə məruz qalaraq ölkəni tərk etməyə məcbur qalıb. 1933-cü ildən ömrünün sonuna qədər Amerika Birləşmiş Ştatlarında yaşayıb.

 

A.Eynşteynin kəşf etdiyi xüsusi və ümumi nisbilik nəzəriyyəsi məkan, zaman və materiya haqqında təsəvvürləri kökündən dəyişib və Kvant nəzəriyyəsinin yaradılmasında əhəmiyyətli rol oynayıb. Nobel mükafatlı Albert Eynşteyn 1955-ci il aprelin 18-də 76 yaşında dünyasını dəyişib.

 

18 aprel 2001-ci ildə Azərbaycanda yeni nazirliklər yaradılıb:

 

 Dövlət idarəçiliyində struktur islahatları ilə bağlı yeni nazirliklər – Yanacaq-Energetika Nazirliyi (hazırda Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (hazırda Gənclər və İdman Nazirliyi) yaradılıb.

 

18 aprel 1923-cü ildə Bibiheybətdə ilk 6 quyu fontan vurub:

 

Bakının Bibiheybət qəsəbəsindəki “Sevinc buxtası”nda ilk 6 quyu fontan vurub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox