Azedu.az

Bilirdim ki, yüksək bal toplayacam - 300 bal toplayan ABİTURİYENT

Mərkəzi Aran Regional Təhsil İdarəsi

17 Aprel 2025, 14:55
Bilirdim ki, yüksək bal toplayacam - 300 bal toplayan ABİTURİYENT

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 martda keçirilmiş buraxılış imtahanın nəticələri elan olunub. İmtahanda 20 nəfər maksimum – 300 bal toplayıb.

 

Yüksək bal toplayanlardan biri də Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyinin şagirdi Məmmədli Zümrüd Ayaz qızıdır.

 

AzEdu.az-la təəssüratlarını bölüşən Zümrüd 300 bal toplayacağına inandığını vurğuladı:

 

“Etalon cavablara əsasən, nəticəmi yoxlayanda 300 bal toplayacağımı gözləyirdim, lakin tam əmin deyildim. Nəticələr açıqlananda evdə valideynlərimin yanındaydım. Düzünü desəm, adımın maksimum bal toplayanlarla bir siyahıda olacağını gözləyirdim”.

 

Müsahibimiz bildirib ki, o, IV ixtisas qrupu üzrə hazırlaşır:

 

“IV ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasında təhsil almağı hədəfləyirəm. Qardaşım da həmin universitetin III kursunda təhsil alır. Mənim məqsədim də  həkim olmaqdır. Bunun üçün də aşağı siniflərdən bəri hazırlıqlara gedirəm”.

 

Zümrüd bildirir ki, uğurlu olmağın təməlində çox çalışmaq dayanır:

 

“Uğurlu olmaq üçün yalnızca çox çalışmaq lazımdır. Çox çalışan hər bir insan uğurlu ola bilər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox