Azedu.az

Yerdən kənarda HƏYAT tapıldı

Xəbərlər

17 Aprel 2025, 13:19
Yerdən kənarda HƏYAT tapıldı

Kembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyat əlamətləri aşkar ediblər.

AzEdu.az xəbər verir ki, araşdırmaların nəticələri "Astrophysical Journal"da dərc olunub.

Ceyms Uebb Kosmik Teleskopunun məlumatlarından istifadə edərək, astronomlar dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini - həyatın mövcudluğunu göstərən molekulları müəyyən ediblər. Yer üzündə bu molekullar yalnız canlı orqanizmlərdə - ilk növbədə mikroblarda yaranır.

Molekullar Şir bürcündə Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən "K2-18b" ekzoplanetinin atmosferində aşkar edilib.

"K2-18b" Yerdən ölçüsünə görə 2.6 dəfə böyük, kütləsinə 8.6 dəfə ağırdır və ekspertlər onun okeanla örtülü olduğunu təxmin edirlər. Planetin temperaturu Yerin temperaturuna yaxındır, lakin "K2-18b" o qədər sürətlə fırlanır ki, orada bir il cəmi 33 gün davam edir.

"Bu planet haqqında bildiyimiz hər şeyi nəzərə alsaq, əlimizdəki məlumatlara ən uyğun olan ssenari həyatla dolu okeanı olan hisey (hidrogenli okean) dünyasıdır", - deyə tədqiqata rəhbərlik edən professor Nikku Madhusudhan bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox