Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin tarixi açıqlanıb.
Bu barədə AzEdu.az-a DİM-dən bildirilib.
Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.