Azedu.az

Faktiki hava şəraiti açıqlanıb

Xəbərlər

17 Aprel 2025, 10:57
Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb.

AzEdu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 17-si səhər saat 6:00-dan etibarən Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış kəsilib. Düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox