Azedu.az

"Tarixdə bu gün" - Ümumdünya Hemofiliya Günüdür

Rubrika

17 Aprel 2025, 09:06
"Tarixdə bu gün" - Ümumdünya Hemofiliya Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

17 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

17 Aprel Ümumdünya Hemofiliya Günüdür:

Bu gün 1989-cu ildə Ümumdünya Hemofiliya Federasiyası tərəfindən Hemofiliya və digər irsi qanaxma xəstəlikləri haqqında məlumatlılığı artırmaq məqsədi ilə təsis edilib. Hemofiliya qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan nadir irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, travma və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verə bilir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axması ölümlə nəticələnə bilir. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər qohum evliliyi, qida və tütün məmulatlarının təsirini göstərirlər.

 

17 aprel Beynəlxalq Qəhvə Günüdür:

Kulinariya təqviminə görə, aprelin 17-i Beynəlxalq Qəhvə Günüdür. Fransızlar gündə üç dəfə qəhvə içirlər, italyanlar onun adına fakültə açıblar, skandinaviyalılar isə onsuz yaşaya bilmirlər. Dünyada milyonlarla insanın həyatı bir fincan gümrahlaşdırıcı qəhvə ilə başlayır. Hər ölkənin isə onu hazırlama sirləri var. 

 

17 apreldə İstanbul fəth edilib:

1453-cü ilin 17 aprelində Fateh Sultan Mehmet İstanbul adalarını tamamilə fəth etdi.

 

17 aprel 1894-cü ildə Azərbaycanın ilk qadın professoru Adilə Şahtaxtinskaya anadan olub:

O, 29 yaşından ömrünün sonunadək Tibb Universitetində ginekologiya kafedrasının müdiri fəzifəsində çalışıb. Adilə Şahtaxtinskaya əsasən qadın gigiyeniyasına dair əsərlər yazıb.

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox