Azedu.az

Yerdə güclü maqnit qasırğası müşahidə edilir

Müəllimlər və elm adamları

16 Aprel 2025, 17:35
Yerdə güclü maqnit qasırğası müşahidə edilir

Yür kürəsində güclü maqnit qasırğası qeydə alınıb. Bu barədə AzEdu.az Rusiya mediasına istinadla xəbər verir.

"Fobos" hava mərkəzinin aparıcı eksperti Yevgeni Tişkoveçin sözlərinə görə, Günəşdə baş verən iki iri protuberans Yerə çataraq maqnitosferaya təsir edib. “Bu kosmik zərbə güclü maqnit qasırğasına səbəb olub və fasilələrlə cümə axşamı səhərə qədər davam edəcək”, – deyə o bildirib.

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinə daxil olan Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında qeyd olunur ki, maqnit qasırğasının pik nöqtəsi aprelin 16-sı gecə və səhər saatlarına təsadüf edib. Məlumata görə, həmin dövrdə qasırğanın intensivliyi G2 və G3 səviyyələrinə çatıb ki, bu da müvafiq olaraq orta və güclü qasırğa dərəcəsinə uyğundur.

G1 səviyyəli növbəti maqnit qasırğasının aprelin 22-si çərşənbə axşamı və aprelin 24-ü cümə axşamı baş verəcəyi gözlənilir. May ayının əvvəlində də maqnit qasırğalarının olacağı proqnozlaşdırılır.

Hava şəraitinin dəyişməsinə qarşı həssas olan insanlar bu dövrdə halsızlıq və başağrısı hiss edə bilərlər. Onlara daha çox istirahət etmələri, normal yuxuya diqqət yetirmələri və qan təzyiqini nəzarətdə saxlamaları, fiziki və emosional yüklənməni minimuma endirmələri tövsiyə olunur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox