Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək.
Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.
Vurğulanıb ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.