Azedu.az

Geomaqnit qasırğası gözlənilir

Maraqlı

15 Aprel 2025, 12:23
Geomaqnit qasırğası gözlənilir

Aprelin 16-da G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. 

Bu barədə AzEdu.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, digər Tac Kütlə Atılmalarının (TKA) da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var. 

08-14 aprel tarixlərində Günəşin fəallığına bağlı olaraq Yerdə geomaqnit sahəsinin intensivliyi aktiv olub və fasilələrlə G1 səviyyəsinə yüksəlib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2-ə bərabərdir və kosmik hava sakitdir. 15-20 aprel tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 16 apreldə gözlənilən TKA-nın təsiri ilə artacağı gözlənilir.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 30-40%, aşağı qütb dairələrində isə 10%-dir.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox