Azedu.az

Uşaqların zərərli teleyayımlardan müdafiəsinə diqqət ayrılmalıdır

Xəbərlər

15 Aprel 2025, 10:59
Uşaqların zərərli teleyayımlardan müdafiəsinə diqqət ayrılmalıdır

Bu Forumda bir araya gələn ölkələrin teleyayımı tənzimləyən orqanları uşaqların zərərli verilişlərdən müdafiəsinə diqqət ayırmalıdır.

AzEdu.az xəbər verir ki, bunu Qara dəniz Yayımı Tənzimləyici Orqanlarının Baş katibi Deniz Güçer Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanlarının Forumunun (BRAF) XI toplantısında "Media xidmətlərində uşaqların müdafiəsi" mövzusuna həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, sözügedən mövzuda səlahiyyətli orqanlar səfərbər olmalıdır:

"Media və uşaqlar çox həssas mövzudur və harada olmağımızdan asılı olmayaraq hər birimizə təsir edir. Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq ümumi problemimizdir. Çünki uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar. Bu gün təşkil olunmuş regional platformada media xidmətlərində uşaqların müdafiəsi sahəsində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox