Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, "Örnək müəllim" Emil Bayramovun XI sinif şagirdi Səyyarə Əliyeva qızıl medal əldə edib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən Əliyeva Səyyarə Amil qızı Masallı rayon Qəriblər kənd tam orta məktəbdə təhsil alır.
Qeyd edək ki, şagird Lənkəran Dövlət Universitetinin (LDU) keçirdiyi zona olimpiadasında qızıl medal qazanıb.