Azedu.az

Görkəmli muğam ifaçısı məktəblilərlə görüşəcək

Xəbərlər

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

14 Aprel 2025, 12:41
Görkəmli muğam ifaçısı məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 16-da paytaxtdakı İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Dövlət mükafatı laureatı Alim Qasımov olacaq.

Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox