Azedu.az

Universitetin əməkdaşı işdən çıxarıldığı üçün qolunu KƏSDİ - YENİLƏNDİ

Xəbərlər

11 Aprel 2025, 11:46
Universitetin əməkdaşı işdən çıxarıldığı üçün qolunu KƏSDİ - YENİLƏNDİ

Aprelin 11-də saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".

11:46

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox