Azedu.az

Olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirilib

Xəbərlər

10 Aprel 2025, 22:15
Olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirilib

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.

"Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub", məlumatda bildirilib.

Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-unun səhv olduğunu iddia edən xəbərlər yayılıb.

Ukrayndan ağır zərbə - Rusların silah anbarı darmadağın edildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox