Azedu.az

“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək

Xəbərlər

10 Aprel 2025, 14:00
“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək

“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək.

AzEdu.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

O bildirib ki, bu barədə danışmaq hələ tezdir. Ancaq onu deyə bilərəm ki, milli təhsil konsepsiyasına dəymədən bəzi sahələrdə dünyanın mütərəqqi təcrübəsinə müraciət edəcəyik:

"Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sahəsində inkişafını, dinamikliyi Azərbaycan təhsil sisteminə gətirməyi nəzərdə tuturuq. “Ali təhsil haqqında” qanun Azərbaycan gənclərinin təhsildə uğur qazanmasına xidmət edəcək. Burada qadağalar yox, inkişaf olacaq, dövrün tələbi əksini tapacaq. Ümumiyyətlə, müasir təhsilin tələbləri başqadır və hazırladığımız qanunlarda məhz bunu nəzərə almağa çalışırıq. Təhsil ehtiyaca görə müəyyənləşməlidir. “Hər kəs ali təhsil almalıdır!”, - deyə bir qayda yoxdur".

Azərbaycanda müğənni amansızlıqla qətlə yetirildi - Qatil isə…
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox