Azedu.az

Magistratura imtahanında iştirak bahalaşıb

Xəbərlər

10 Aprel 2025, 09:18
Magistratura imtahanında iştirak bahalaşıb

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-da başa çatacaq.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 10  aprel saat 09:00-dək 6270 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 5661; rus bölməsi - 609).

İkinci cəhd imtahanı 2025-ci il mayın 11-də keçiriləcək.

Qeyd edək ki, magistraturaya qəbul imtahanında iştirak 50 manat təşkil edir. Əvvəllər bu məbləğ 40 manat idi.

Azərbaycanda müğənni amansızlıqla qətlə yetirildi - Qatil isə…
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox