Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.
Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.
Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.