Azedu.az

Moskvada doğum evində yanğın baş verib

Xəbərlər

9 Aprel 2025, 13:24
Moskvada doğum evində yanğın baş verib

Moskvada doğum evində baş verən yanğın zamanı dörd qadın doğuşda olub.

AzEdu.az xəbər verir ki, Moskva Səhiyyə Departamentinin məlumatına görə, Bauman adına 29 nömrəli klinik xəstəxananın doğum şöbəsində baş verən yanğın zamanı dörd qadın doğuş prosesində olub. Həkimlər onların hamısını binanın ikinci mərtəbəsində yerləşən təhlükəsiz zonaya təxliyə edə biliblər.

Qurumun açıqlamasında qeyd olunub:

"Artıq analardan biri uğurla doğub. Ana və yeni doğulan körpənin vəziyyəti yaxşıdır, həkimlər daim nəzarət edir. Hal-hazırda mamaçalar digər üç körpənin doğulmasına hazırlaşır."

Yanğın 9 aprel səhəri xəstəxananın 7-ci mərtəbəsində başlayıb və 50 kvadratmetr ərazidə alov söndürülüb. FHN əməkdaşları 39 nəfəri təxliyə edib, onlardan 6 nəfər eskalatorla binadan çıxarılıb. "RİA Novosti" isə fövqəladə xidmətlərə istinadən 224 nəfərin təxliyə olunduğunu, bir mühafizəçinin xəsarət aldığını bildirib. Onun vəziyyəti barədə məlumat verilməyib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox