Azedu.az

BSU və Nyu York Tirana Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

9 Aprel 2025, 10:34
BSU və Nyu York Tirana Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Slavyan Universitetinin rektoru Albaniyanın Nyu York Tirana Universiteti ilə əməkdaşlıq memorandumu imzaladı.

AzEdu.az xəbər verir ki, aprelin 7-də Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Nyu York Tirana Universitetinin rektoru Ali Güneş arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş zamanı Anar Nağıyev regionda slavyan dilləri üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, universitetin Balkanşünaslıq istiqaməti üzrə fəaliyyətindən danışaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasının və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor həmçinin BSU-da ənənəvi olaraq keçirilən Beynəlxalq Balkanşünaslıq Tədqiqatları konfransının ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq baxımından xüsusi önəm daşıdığını qeyd edib.

İmzalanan memorandum çərçivəsində bakalavriat səviyyəsində tələbə mübadiləsi, yay məktəblərinin təşkili, ortaq elmi layihələrin həyata keçirilməsi, birgə konfrans və simpoziumların təşkili, eləcə də müəllim və tələbə heyətinin qarşılıqlı mübadiləsi nəzərdə tutulur.

Bu yeni tərəfdaşlıq universitetlər arasında təhsil və elmi əməkdaşlıq üçün geniş imkanlar açaraq, ortaq diplom proqramlarının hazırlanması və mədəni layihələrin həyata keçirilməsi baxımından da böyük potensiala malikdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox