AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
9 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır?
Qısaca nәzәr salaq.
9 aprel 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalandı.
9 aprel 2000-ci ildə Bakıda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi böyük təntənə ilə qeyd edildi:
Bayram ərəfəsində şəhərdə Türkdilli Dövlət Başçılarının VI Zirvə Toplantısı da keçirildi.
9 aprel 1126-cı ildə Əfzələddin Xaqani anadan olub:
O, “Töhfətül İraqeyn” məsnəvisi ilə Şərq ədəbiyyatında epik poeziyanın əsasını qoyub.
9 aprel 1946-cı ildə tanınmış rejissor və aktyor Ceyhun Mirzəyev anadan olub:
O, ömrünün 35 ilini kinoya həsr edib.
"Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda onun 11 yaşı olub. 12 yaşı olanda "Ögey ana" filminin çəkilişlərinə dəvət alıb. Sonuncu dəfə "Fəryad" filmində çəkilsə də, filmin tamamlanmasını görmək ona qismət olmayıb.