Azedu.az

""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb

Xəbərlər

8 Aprel 2025, 15:53
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalibi olmuş ""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb.

AzEdu.az xəbər verir ki, layihə Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Dünya Hacıağayeva tərəfindən icra edilir. Tamaşa adıçəkilən məktəbin şagirdlərinin iştirakı ilə hazırlanıb.

Layihənin məqsədi şagirdlərə zorakılığın zərərlərini və fəsadlarını pantomima vasitəsi ilə göstərmək, təhsil prosesinin iştirakçılarının diqqətini bu mövzuya çəkmək, tərəfləri bu mövzuda maarifləndirməkdir.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox