Azedu.az

Tibb Universitetinə yeni RƏQİB - “Qarabağla bağlı arzuladığımız təbliğat reallaşır”

Universitetlər

Müəllimlər və elm adamları

8 Aprel 2025, 14:03
Tibb Universitetinə yeni RƏQİB - “Qarabağla bağlı arzuladığımız təbliğat reallaşır”

Qarabağ Universitetində Tibb fakültəsinin yaradılması təkcə akademik mühitin zənginləşdirilməsi baxımından deyil, eləcə də regionda səhiyyə sahəsindəki inkişafın mühüm təməl daşını qoyması baxımından önəmli bir addımdır.

 

Bu qərar Qarabağ regionunun gələcəkdə sağlamlıq xidmətlərinin daha əlçatan və keyfiyyətli olması məqsədini daşıyır, eyni zamanda gənc nəsillərə tibb sahəsində müasir və yüksək səviyyəli təhsil imkanları təqdim edir.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Anar İsgəndərov mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

157889

Deputatın sözlərinə görə, Azərbaycanın tarixində ən böyük hadisə Qarabağın və Şərqi-Zəngəzurun erməni daşnak qüvvələrindən azad olunması olub:

 

“Bu, tariximizin ən şərəfli zirvəsidir. Nə üçün? Nadir şahdan sonra birinci böyük hadisədir ki, Azərbaycan ilk dəfə öz torpaqlarını geri alır. Qarabağda yaradılan separatçı rejim 100 ildən sonra tarixdən silindi. 30 il ərzində ermənilərin Qarabağla bağlı törətdikləri cinayətlər və dağıntılar o qədər çoxdur ki, 30 ildə danışsaq, yenə azdır. Qarabağı cənnətə çevirmək Ali Baş Komandanın, Azərbaycan dövlətinin başçısının arzusu 44 günlük Vətən müharibəsindən sonra reallaşmağa başladı.

 

Yəni bu gün Qarabağda gecə-gündüz bərpa-quruculuq işləri gedir. Belə ki, tikilən, qurulan hər bir şəhər, kənd və məktəb diqqəti cəlb edir. O cümlədən Qarabağda Qarabağ Universitetinin yaradılması və Qarabağ Universitetinin təkcə Azərbaycanın yox, ümumiyyətlə dünyanın ən məşhur ali məktəbinə çevirmək üçün lazım olan təşkilatlar mümkün olan işləri görürlər.

 

Eyni zamanda burada Tibb fakültəsinin yaradılması böyük bir hadisədir. Bu, təkcə insanların sağlamlığı ilə bağlı olan fakültə deyil, həmçinin siyasi hadisədir. Yəni mərkəzdən 500 kilometrə qədər uzaq olan ərazilərdə insanlar daha mərkəzə deyil, elə Qarabağın özündə öz sağlamlığının qeydinə qalacaqlar”.

 

“Bundan əlavə, Qarabağ Universitetinin qarşısında duran əsas vəzifələrdən biri də xaricdən Azərbaycana gələn tələbələrin təhsili ilə bağlı güclü bazaların yaradılmasıdır”, - deyə deputat fikrinə əlavə edib:

 

“Əminəm ki, Qarabağ Universiteti bunun öhdəsindən gələcəkdir. Qarabağda Tarix fakültəsi oxuyan tələbə təxminən 50-60 kilometr kənarda Azıx mağarasını ziyarət edəcək və dünyanın ən qədim insan məskənləri ilə bağlı dünyaya lazım olan məlumatı verə biləcəkdir. O cümlədən Tibb fakültəsinin tələbəsi də həkimlik, səhiyyə münasibətləri və insanların sağlamlığı ilə bağlı hər şeyin öhdəsindən gələcəkdir.

 

Xüsusilə də Tibb fakültəsinin yaradılması o deməkdir ki, dünyanın ayrı-ayrı tibb müəssisələrindən burada professor-müəllim heyəti dəvət olunacaq. Dünyanın ən məşhur cərrahları da dəvət ediləcəkdir. Bununla da Qarabağla bağlı vaxtı ilə arzuladığımız o təbliğatı biz reallaşdırmış oluruq. Əminəm ki, təkcə tibb sahəsində deyil, yəni Qarabağ Universitetində hansı fakültələr varsa, bir universitet olaraq dünyanın ən inkişaf etmiş universitetlərinə rəqib ola bilər.

 

Çünki həm maddi-texniki baza, həm də orada fəaliyyət göstərən alimlərimiz bu gücün sahibidir. Bununla yanaşı, Qarabağda qazanılmış qələbə də böyük bir güc hesab edilir. Qarabağa gedən hər bir azərbaycanlı o gücü görür”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox