Azedu.az

Mikroavtobus 20 yaşlı gənci vurdu

Xəbərlər

8 Aprel 2025, 13:53
Mikroavtobus 20 yaşlı gənci vurdu

Biləsuvarda mikroavtobus piyadanı vurub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalə mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.

Faktla bağlı araşdırma aparılır.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox