Azedu.az

BMU tələbələri “INNOSTART” hakatonunda qalib olub

8 Aprel 2025, 10:20
BMU tələbələri “INNOSTART” hakatonunda qalib olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası Sumqayıt İnnovasiyalar Qovşağında keçirilən “INNOSTART” hakatonunda qalib olub.


Bu barədə AzEdu.az-a  BMU-dan məlumat verilib.

 

Universitetdən bildirilib ki, SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən hakatonda BMU tələbələri-Məhəmmədəli Ayralov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Ülvü Ağayev (“Kompüter elmləri”, 4-cü kurs), Toğrul Məmmədov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Rəqsanə Hüseynova (“Kimya mühəndisliyi”, 4-cü kurs) “Biolonic-kimyəvi reaksiyaları analiz edə bilən veb proqram təminatı” layihəsi ilə II yerə layiq görülüblər.


Texnologiya və innovasiya dünyasında iz qoymaq istəyən gənclərin ideyalarının reallığa çevrilməsinə dəstək məqsədi daşıyan yarışda komandalar kreativ həllər üzərində işləyib, gələcəyin texnologiyasını formalaşdırmaq istiqamətində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Hakatonun sonunda qaliblərə mükafatlar təqdim olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox