Azedu.az

Fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb

7 Aprel 2025, 13:44
Fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb

Astara rayonunda fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov "UAZ" markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən əlil arabasında olan 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni görməyib və onu vurub.

Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox