Azedu.az

Orta məktəbi qızıl medalla bitirənlər bir imtahan verməklə universitetə qəbul olacaqlar - YENİLİK

Məktəblər

Universitetlər

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

4 Dekabr 2018, 12:05
Orta məktəbi qızıl medalla bitirənlər bir imtahan verməklə universitetə qəbul olacaqlar - YENİLİK

Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunacaq.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar.

Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox