Azedu.az

Ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib

Xəbərlər

7 Aprel 2025, 11:05
Ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə AzEdu.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 353 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, yanğınlar zamanı 26 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox