Azedu.az

“Tarixdə bu gün” - Ümumdünya Sağlamlıq Günüdür

Xəbərlər

7 Aprel 2025, 08:59
“Tarixdə bu gün” - Ümumdünya Sağlamlıq Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

7 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

7 aprel Ümumdünya Sağlamlıq Günüdür:

 

Birinci Ümumdünya Səhiyyə Assambleyası 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir.

 

Bu gün diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Odur ki, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

 

7 aprel 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı nəşr olunub:

 

7 aprel 1906-cı ildə Şərqin ilk satirik dərgisi "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çxıdı. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

 

7 aprel 1909-cu ildə Bakı bulvarı yaranıb:

 

1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmmədhəsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olub. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayıb. 

 

7 aprel AZAL-ın yarandığı gündür:

 

Azərbaycan Hava Yolları 1992-ci ilin 7 aprelində təsis edilib.

 

7 aprel 1854-cü ildə Azərbaycan ədəbiyyatında faciə janrının banisi, tanınmış dramaturq və jurnalist Nəcəf bəy Vəzirov dünyaya gəlib.

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox