Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı (ATİAHİ) Göygöl Rayon Komitəsinə yeni sədr təyinatı olub.
AzEdu.az xəbər verir ki, Elnur Yuriy oğlu Hacıyev ATİAHİ-nin Göygöl Rayon Komitəsinin sədri vəzifəsinə seçilib.
E.Hacıyevin bundan sonrakı fəaliyyətlərinin əsas məqsədi təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunmasına xidmət etmək olacaq.
Elnur Hacıyevi bu məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.