Azedu.az

Bağlı qapı arxasında qalan uşaq xilas olundu

Xəbərlər

3 Aprel 2025, 13:36
Bağlı qapı arxasında qalan uşaq xilas olundu

Gəncə şəhərində 1 nəfər uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AzEdu.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox