Azedu.az

Yanğında 5-i uşaq olmaqla 20 nəfər təxliyə edilib

Xəbərlər

3 Aprel 2025, 10:43
Yanğında 5-i uşaq olmaqla 20 nəfər təxliyə edilib

Moskva vilayətinin Vlasixa qəsəbəsində yerləşən yaşayış evində baş verən yanğında dörd nəfər həlak olub.

AzEdu.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən bildirilib.

"Yanğın Vlasixa qəsəbəsindəki Solneçnaya küçəsində yerləşən yaşayış evində baş verib. Yanğının sahəsi 60 kv. m təşkil edib. Yanğın nəticəsində dörd nəfər həlak olub", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, yanğın zamanı 7 nəfər, o cümlədən iki uşaq xilas edilib. Ümumilikdə 5-i uşaq olmaqla 20 nəfər təxliyə edilib. Hazırda yanğın söndürülüb.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox