Azedu.az

Məktəbdə fişəng partlayıb: Yaralılar var

Məktəblər

2 Aprel 2025, 16:27
Məktəbdə fişəng partlayıb: Yaralılar var

Rusiyanın Moskva vilayətində məktəbdə sinif otağında fişəng partlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verilib.

Məlumata görə, İstra şəhərində baş verən hadisədə 9 şagird yaralanıb.

Bildirilib ki, məktəblilərdən biri fişəng gətirib və sinifdə partladıb. Nəticədə bir neçə uşaq xəsarət alıb. Yaralananlardan biri, 11 yaşlı məktəbli qız tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İsrail-İran müharibəsi bitdi - Tam atəşkəs əldə olundu
Son xəbərlərDaha çox