Azedu.az

Növbəti iki gündə bəzi rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəbərlər

1 Aprel 2025, 17:32
Növbəti iki gündə bəzi rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bəzi bölgələrdə aprelin 2-3-də güclü külək əsəcəyi gözlənilir.

AzEdu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı və narıncı xəbərdarlıq verib.

Məlumata əsasən Naxçıvan MR, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Gəncə, Samux, Şəmkir, Ağdaş, Tovuz, Ağstafa, Qazax, Neftçala, Salyan, Sabirabad, İmişli, Hacıqabul, Zərdab, Şirvan, Şabran, Siyəzən, Tərtər, Yevlax, Bərdə, Ağdam, Göygöl, Ucar, Kürdəmir, Gədəbəy, Beyləqan, Ağcabədi, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Saatlı, Astara və Qubada qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kəlbəcər, Daşkəsən, Naftalan, Goranboy, Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala, Qax, Mingəçevir, Xaçmaz, Xızı və Qusarda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox