AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
1 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1 aprel Ümumdünya Gülüş Günüdür:
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.
Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir.
Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara "mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, – deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə - aldatma” günü kimi qeyd olunur.
1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb:
Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçının çoxlu hərbi texnikası sıradan çıxarıldı. Təəssüf ki, Azərbaycan ordusu da aprel zəfəri zamanı şəhidlər verdi.
Döyüşlərdə işğaldan azad etdiyimiz ərazilər:
Tərtər rayonu – Talış kəndi ətrafındakı yüksəkliklər;
Tərtər rayonu – Seysulan kəndi;
Cəbrayıl rayonu – Lələ təpə yüksəkliyi;
Cəbrayıl rayonu – Cocuq Mərcanlı kəndi tam hissəsi;
Goranboy rayonu – Gülüstan kəndi tam hissəsi;
Tərtər rayonu – Madagiz kəndi istiqamətində yollar.
1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib:
Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər.