Azedu.az

Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı

Xəbərlər

31 Mart 2025, 18:34
Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı

Günəşdə sondan əvvəlki güc sinfindən olan üç partlayış qeydə alınıb.

 

AzEdu.az TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

"Martın 31-də Moskva vaxtı ilə saat 1:50-də (Bakı vaxtı ilə 2:50 - red.) 4048 (S15E68) günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən "M1.4" partlayışı qeydə alınıb", - institutdan bildirilib.

 

Həmçinin Moskva vaxtı ilə saat 2:19-da (Bakı vaxtı ilə 3:19 - red.) "M1.5", Moskva vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 3:48 - red.) isə "M1.0" partlayışı baş verib.

 

Bildirildiyinə görə, martın 28-dən 31-dək 50-dən çox partlayış baş verib.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox